Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Moldovada təşkil olunmuş UEFA-nın inkişaf turniri çərçivəsində sonuncu oyununu keçirib. AFFA-dan bildiriblər ki, bolqarıstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 4:0 hesabı ilə qələbə qazanıb.
Oyunda qolları Zəhra İnceoğlu, Rövşanə Sərdarlı, Vüsalə Seyfəddinova və Firəngiz Teymurova vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB