“Xortdanın cəhənnəm məktubları"
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünü sentyabrın 18-də Ə. Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" əsəri əsasında hazırlanan tamaşa ilə açacaq. SİA-nın məlumatına görə, başa çatan mövsümdə ilk baxışı keçirilən tamaşanı Kalmık Respublikası B. Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev səhnəyə qoyub.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Qeyd edək ki, əsərin yeni mövsümdə Rusiyanın bir sıra şəhərlərində nümayiş etdirilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə