Fəxrəddin Manafov yeni mövsümdən teatrda

Fəxrəddin Manafov yeni mövsümdən teatrda

Xalq artisti Fəxrəddin Manafov yeni mövsümdə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Fəxrəddin Manafov Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq.

Yeni mövsümdə Milli Dram Teatrının səhnəsində maraqlı səhnə əsərlərinin tamaşaya qoyulacağını deyən İsrafil İsrafilov, xalq artistləri Fuad Poladov və Fəxrəddin Manafovun eyni tamaşada çıxış edəcəyini bildirib: "Yeni mövsümdə səhnəmizdə yeni simalar görünəcək. Xalq artisti Fəxrəddin Manafovu Milli Dram Teatrına dəvət etmişik. İki tanınmış sənətkarın - Fuad Poladov və Fəxrəddin Manafovun birlikdə çıxış edəcəyi yeni səhnə əsəri hazırlayırıq".

Qeyd edək ki, xalq artisti Fəxrəddin Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.

Bütün xəbərlər Facebook səhifəmizdə