Fərəc Qarayevin əsəri İsveçrədə səsləndiriləcək

Fərəc Qarayevin əsəri İsveçrədə səsləndiriləcək
Sentyabrın 27-də İsveçrənin Sitzberg şəhərində bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin solo gitara üçün "Gözəllik röyadırmı?" əsəri səsləndiriləcək. Bəstəkarın rəsmi saytında yer alan məlumata görə, əsəri Kristof Jöqin ifa edəcək.

Fərəc Qarayev "Gözəllik röyadırmı?" əsərini 1999-cu ildə yazıb. Əsər ilk dəfə 2000-ci ildə Bakıda Rövşən Məmmədov tərəfindən təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə