Aktyor qəza keçirdi "Qəzanı öncədən bilirmiş"

Aktyor qəza keçirdi "Qəzanı öncədən bilirmiş"

Sevilən aktyor Ruslan Sabirli avtomobil qəzası keçirib. Bu haqda SİA-ya aktyorun özü məlumat verib. Bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Təəssüf ki, yenidən avtomobil qəzası keçirdim. Qəza zamanı ciddi bir xəsarət almadım, sadəcə maşınım əzildi. Bir maraqlı nüansı da sizin diqqətinizə çatdırmaq istəyərdim. Belə ki, hadisə olan gün ekstrasens Nuridə Qurbanova ilə görüşməli idik. Hər ehtimala qarşı planın qüvvədə qalmasına əmin olmaq üçün günorta ona zəng edirəm. Deyir ki, gəlin saat 16:00-da zəngləşək. Soruşuram ki, Nuridə xanım əgər başqa işiniz varsa, çəkinməyin, deyin biz vaxtımızı dəyişək. Cavab verir ki, "yox heç nə dəyişməyib, amma zəngləşək". Yaxşı deyib işlərimin ardınca gedirəm. Və avtomobil qəzasına uğrayıram. Hadisədən sonra zəng edib soruşuram ki, bəs bunu bilirdiniz açıq deyərdiniz də mənə. Sən demə öncədən bilibmiş. Əminəm ki, nəzərə gəldim. Şükürlər olsun ki, hazırda hər şey qaydasındadır".

Qeyd edək ki, aktyor Ruslan Sabirli "Muradına çatan Günəş", "Sənə İnanıram" seriallarında baş rolları canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə