“Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” FOTOLAR

“Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” FOTOLAR

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) birgə təşkilatçılığı ilə "Gənclər arasında Azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu" layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, TUMİB-in sədri Çingiz Bayramov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbə müdirinin müavini Ceyhun Əliyev, rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının nümayəndələri və rayon gəncləri iştirak ediblər.

İlk öncə qonaqlar Mərkəzin "Muzey" bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ümummilli Liderin əziz xatirəsini yad ediblər.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbiri giriş sözü ilə açıq elan edərək, mövzunun aktuallığı haqqında ümumi məlumat verdi.

Daha sonra TUMİB-in sədri Çingiz Bayramov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbə müdirinin müavini Ceyhun Əliyev layihənin həyata keçirilməsindəki məqsədin gənclərimizə azərbaycançılıq məfkurəsinin təbliğində dini maarifçiliyin rolu haqqında məlumat vermək, ölkəmizdə vətənpərvər ruhlu , ziyalı, eyni zamanda öz dini dəyərləri və multikulturalizm haqqında məlumat sahibi olan, dini tolerantlığa və dini dözümlüyə sahib gənclərin yetişməsinə çalışmaq olduğunu vurğulayaraq, milli ideologiyanın təbliğində gənclərə böyük vəzifə düşdüyünü də qeyd etdilər.

Tədbirin gedişatı zamanı ulu öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" fikri müstəqil Azərbaycan dövlətinin ideologiyasının əsas təməlidir və dahi şəxsiyyət tərəfindən sistemləşdirilən azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlı gənc üçün qürur mənbəyi olmalıdır" fikirləri səsləndi.

Qeyd edək ki, tədbirin sonunda gənclərlə layihə çərçivəsində diskussiya keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə