Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Zəfər qalası" qəzetinin baş redaktoru, şair-publisist Natella Asenanın "Komandanım, əmrindəyik!" kitabının təqdimatı olub. SİA-nın məlumatına görə, bir sıra mədəniyyət adamlarının iştirak etdiyi tədbirdə N.Asenanın keçdiyi həyat yolu və vətənpərvərliklə yoğurulmuş yaradıcılığından söz açılıb.
Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki, şair-publisist Ramiz Duyğun çıxış edərək yenicə çapdan çıxmış kitabda müasir yazı tempinin modern ənənəçiliklə sıx əlaqəli olduğu vurğulanaraq buradakı şeirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə təkan verəcəyi qeyd edilib.
Şair Oqtay Rza səmimi ürək çırpıntılarının əsas ictimai qayəsini özündə birləşdirən kitabın şairin yurda, vətənə və dövlətçiliyə qarşı olan məhəbbətindən irəli gəldiyini qeyd edib. Daha sonra çıxış edən natiqlər müəllifə xoş arzularını bildiriblər.
Qeyd edək ki, qonaqlara təşəkkür edən müəllif bildirib ki, bu oxucularla sayca ikinci görüşüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB