Cizgi filmi beynəlxalq festivalda
Bu il sentyabrın 20-28-də Sankt-Peterburq daxil olmaqla Rusiyanın şimal-qərbindəki bir neçə şəhərində XXII KROK Animasiya Filmləri Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalın seçim komisyası təqdim olunmuş 871 filmdən 42 ölkəni təmsil edən 176 filmi altı müsabiqə proqramına daxil edib. "Azanfilm" studiyasının "Birlik" yaradıcılıq birliyi ilə istehsal etdikləri "Köhnə saat" cizgi filmi Off Limits müsabiqə proqramında İtaliya, Rusiya, Estoniya, Çin, Cənubi Afrika, Belçika və başqa ölkələrdə çəkilmiş filmlərlə yarışacaq.

Qeyd edək ki, "Köhnə saat" filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə