"Fly Project" qrupu Bakıda

Avqustun 25-də dünyaca məşhur "Fly Project" qrupu "Mambo Beach Club & Restaurant"da çıxış edəcək. SİA-nın məlumatına görə, qrup rumıniyalı iki dost -Dan Denes və Tudor İoneski tərəfindən yaradılıb. 2005-ci ildə eyniadlı albomla debüt edən "Fly Project" 2000-dən artıq solo konsertdə uğurlu çıxışlarla tamaşaçı sevgisi qazanıb. Dünya hit-paradlarında hər zaman öndə olan "Fly Project" qrupunun albomları bütün qitələrdə siyahılarda öndədir.

Qeyd edək ki, qrup Rumıniyada 10-dan artıq mükafata, MTV-nin daimi mükafatlarına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə