Zöhrab Hacıyev mükafatlandırılıb
Musiqi təhsili sahəsində çoxillik əmək fəaliyyətinə, habelə gənc nəslin estetik tərbiyəsində səmərəli işinə görə Zöhrab Abbas oğlu Hacıyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və pul mükafatı ilə təltif edilib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Zöhrab Hacıyev 53 il mədəniyyət və musiqi təhsili sahəsində çalışıb, o cümlədən 30 il Bakı şəhər 34 nömrəli Uşaq Musiqi Məktəbinə rəhbərlik etmişdir. İşlədiyi illər ərzində Z.Hacıyev öz vəzifə borcunun öhdəsindən bacarıqla gəlib, çalışqanlığı, işgüzarlığı, təşkilatçılığı ilə seçilib. O, məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşması, istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi sahəsində əhəmiyyətli iş aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə