“FireFlies” turizm layihəsi həyata keçirilir FOTOLAR

“FireFlies” turizm layihəsi həyata keçirilir FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "AIESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən "FireFlies" turizm layihəsi həyata keçirilməkdədir. SİA-nın məlumatına görə, layihənin birinci mərhələsi çərçivəsində Azərbaycana 13 ölkədən 19 xarici tələbə dəvət edilib. Layihə çərçivəsində Türkiyə, Polşa, İsveçrə, İspaniya, İtaliya, Yunanıstan, Tailand, Ukrayna, Qazaxıstan, İndoneziya, Çin, Moldova, Macarıstan və Misir kimi ölkələrdən gəlmiş könüllülər ölkəmizin dilbər guşələri, tarix-mədəniyyət abidələri, adət-ənənəsi və zəngin mətbəxi ilə yaxından tanış olaraq öz fikir və təəssüratlarını layihə üçün nəzərdə tutulmuş bloqda yerləşdirəcəklər.

"Park Bulvar" AVM-də keçirilən "Mədəni axşam" adlı tədbirdə "Fireflies" turizm layihəsinin birinci mərhələsinin bağlanış mərasimi keçirilmiş və layihə iştirakçıları sertifikatlarla təltif olunub.

"FireFlies" layihəsinin ikinci mərhələsi avqust ayında həyata keçiriləcək. Ölkəmizə qonaq gələn xarici tələbələrin Azərbaycan ailələrində yaşayışla təmin olunması nəzərdə tutulmuşdur. Bu tipli tədbirlər gənclər arasında mədəni körpülərin qurulmasına, ölkəmizin dünyada tanıdılmasına və turizm potensialının nümayişinə öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə