Milli kinomatoqrafiyaya dəstək aksiyası davam edir FOTOLAR

Milli kinomatoqrafiyaya dəstək aksiyası davam edir FOTOLAR
Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Kinomərkəzdə Azərbaycan və Türkiyə kinematoqrafçılarının Xalq yazıçısı Elçin Əfəndiyevin ssenarisi əsasında birgə çəkdikləri "Mahmud və Məryəm" filminin nümayişi keçirilib. SİA-nın məlumatına görə, film nümayişlərinin keçirilməsində əsas məqsəd gənclərə milli kinomatoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağının daha da artırılmasıdır.

Aksiyanın sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Həmçinin, "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə