Nizami Kino Mərkəzində iki premyera FOTO

Nizami Kino Mərkəzində iki premyera FOTO

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan "Tezləşmə" və "Kağız şəhərlər" filmlərinin nümayişinə başlanıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, "Tezləşmə" filmini Adam Markus və Debra Sallivanın ssenarisi əsasında rejissor Stiven S. Kampanelli triller janrında çəkib. Yaş məhdudiyyəti: 18+

Təcrübəli oğru Aleks son qarətini etməyə razılaşır. Amma hər şey plandan kənara çıxır. İndi gözəl, güclü və amansız fatal qadını təhlükə gözləyir və baş tutmayan oğurluq onun tək problemi deyil. O, daş qaşdan daha qiymətli nələrisə axtaran məxfi beynəlxalq sindikatın işinə mane olub. İndi onun tək çıxış yolu –qaçıb canını qurtarmaq.

Filmdəki rollara Olqa Kurilenko, Morqan Friman,Ceyms Pyurfoy, Cenna Saras, Karl Tanınq, Dilan Edi, Qreq Krik, Merien Frizell, Eydan Uaytok, Li Raviv və başqa aktyorlar çəkilib.

"Kağız şəhərlər" filmini isə rejissor Ceyk Şreyer dram, melodram və detektiv janrında çəkib. Filmin sloqanı: " Məni tap" Yaş həddi:12+

Məktəb məzunu Kyu Ceykobsen uşaq vaxtından qonşusu gözəl amma qaba Marqo Şpiqelmanna aşiqdir. Bir gecə Marqo Kyunu, xətrinə dəymiş insanlara qarşı hazırladığı qisas əməliyyatında iştirak etməyə çağırdıqda o, düşünmədən razılaşır. Gecə macərasından sonra məktəbə gələn gənc Marqonun yoxa çıxdığını öyrənir. Kyu gizli ismarışların sirrini açıb Marqonu tapmalıdır...

Filmdə, baş rolları Nat Vulf, Kara Delevin, Ostin Abrams, Castis Smit, Xolston Seyc, Jasmin Sabino, Kara Buono, Cozia Serio, Xanna Alliqud, Meq Krosbi və başqa aktyorlar canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə