Astanada türk xalqlarının musiqi festivalı keçirilib FOTOLAR

Astanada türk xalqlarının musiqi festivalı keçirilib FOTOLAR

Qazaxıstanın paytaxtı Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı keçirilib. Konfrans çərçivəsində TÜRKSOY tərəfindən türk xalqlarının musiqi festivalı təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim ediblər.

Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak ediblər.

Festivalda Azərbaycandan "Aypara" muğam üçlüyünün - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov çıxışları ilə iştirakçılara xoş anlar bəxş ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə