“Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” FOTOLAR

“Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir" adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, layihənin rəhbəri Polad İbrahimov layihənin məqsədi haqqında məlumat verərək bildirib ki, əsas hədəf gənclərin elmə marağının artırılması, onların elmi fəaliyyətinin təşviq edilməsi, elmin inkişafı, həmçinin, gənc alimlərin daha səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin təbliğ edilməsidir: "Layihə çərçivəsində "Azərbaycanlı gənc alimlərin elmi fəaliyyətinin təbliği", "Azərbaycan elminin gələcək inkişafı gənc alimlərin fəaliyyətindən asılıdır", "Qüdrət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" mövzularında təlimlər keçirir, ölkənin tanınmış elm xadimlərini bu görüşlərə cəlb edirik".

Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, hər bir cəmiyyəti irəli aparacaq vasitə yalnız elmdir. Onun sözlərinə görə, ölkəmizin, cəmiyyətimizin inkişafı da bu və ya digər dərəcədə elmin inkişafı ilə bağlıdır: "Hər bir cəmiyyəti irəli aparan onun intellektual göstəricilərdir. Müasir dövrün tələbləri də informasiya üzərində qurulduğu üçün bu məsələyə xüsusi diqqət yetirilməlidir. Postmodernist cəmiyyətin əsas keyfiyyəti informasiya ilə ölçülür. Çünki bu, informasiya cəmiyyətidir".

Hikmət Babaoğlu Azərbaycanda elmin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb: "Prezident İlham Əliyevin Azərbaycan elminə, elmin inkişafına qayğısı yüksək dəyərləndirilməlidir. Dövlət başçısının son illər ərzində imzaladığı sərəncamlar elmin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, bu istiqamətdə son illər bir sıra vacib addımlar atılıb. Elmin İnkişaf Fondunun yaradılması, xüsusilə, gənclərin elmə cəlb olunması, AMEA-nın institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiyadan vaxtilə bu və digər səbəblərə görə alınmış binaların geri qaytarılması, akademiya əməkdaşlarının əməkhaqlarının artırılması, Akademiya şəhərciyində akademik kitabxananın tikintisi ilə bağlı Sərəncamın verilməsi, ali məktəblərdə tədrisin səviyyəsinin artırılması yönündə ciddi islahatlar görülən işlərin daha effektiv nəticələr verməsini şərtləndirir".

Qeyd edək ki, tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə