Azərbaycanda 143-cü teatr mövsümünün açılışı sentyabr ayının 16-da Gəncədə keçiriləcək. SİA-nın məlumatına görə, bu münasibətlə Azərbaycanda fəaliyyət göstərən bütün teatrların nümayəndələri Gəncədə keçiriləcək təntənəli açılış mərasimində iştirak edəcək.
Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da, yaxından iştirak edəcəyi mərasimdə dövlət və hökumət rəsmiləri, Azərbaycanın tanınmış sənət adamları iştirak edəcək.
Qeyd edək ki, son illər yeni teatr mövsümünün açılışı Azərbaycanın bölgələrində həyata keçirilir. 2014-cü ilin teatr mövsümü Şəkidə, I Şəki Beynəlxalq Teatr Festivalında olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB