“Nəslin nəvəsi yaşayır”

İyulun 25-də Azərbaycan Xalça Muzeyində "Nəslin nəvəsi yaşayır" adlı fotosərgi layihəsi çərçivəsində tədbir keçiriləcək. SİA-nın məlumatına görə, layihə uşaqlarda xalça və xalq tətbiqi sənətinə olan sevgini, diqqəti və bilikləri daha da artırmaq məqsədi ilə təşkil edilir.

Tədbirdə muzeyin dərnək üzvləri və digər uşaqların çəkdikləri fotolar nümayiş olunacaq. Bunlar uşaqların marağına səbəb olan, onların diqqətini cəlb edən xalça və ya xalq tətbiqi sənətinə aid hər hansı bir əşyanın (eksponatın) şəkilləridir. Eyni zamanda, uşaqların hazırladıqları fotoların yanında onlar barəsində muzey daxilində (kitabxana, mütəxəssislər) topladıqları məlumatlar da əksini tapacaq.

Qeyd edək ki, sonda ən yaxşı hazırlanmış fotolayihə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə