Serbiyadakı səfirliyimiz Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə görkəmli şairimiz Bəxtiyar Vahabzadənin bu ölkədə yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün şəhər meriyasına müraciət edib. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli şair Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə müvafiq Sərəncamını əldə rəhbər tutaraq atılan bu addımla əlaqədar şəhər meriyası və ölkə parlamentinin iyunun 23-də keçirdiyi iclasda Belqradın Tsrnotravske küçəsindən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, bu küçə səfirliyimizin binasına yaxın yerdə və şəhərin ən görkəmli hissəsində yerləşir. Səfirliyimizin müraciətinə Belqrad şəhər meriyasının müsbət cavab verməsi, heç şübhəsiz, Azərbaycanın apardığı məqsədyönlü xarici siyasətin məntiqi nəticəsi, beynəlxalq aləmdə, o cümlədən Qərbi Balkanlar və Serbiyada ölkəmizin davamlı artan nüfuzunun, eləcə də dost və strateji tərəfdaş Serbiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin növbəti bariz nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB