Yunus Oğuzun kitabları təqdim olundu FOTOLAR

Bu gün Azərbaycan Atatürk Mərkəzində tarixçi, türkoloq Yunus Oğuzun "Pyeslər" ("Atilla", "Altun dəftər", "Nadir şah"), "Attila", "Sultan Alp Arslan", "Jena şaxa i Koldun" ("Жена Шаха и Колдун") kitablarının və ədəbiyyatşünas Sabir Bəşirovun alim haqda "Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" adlı monoqrafik kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumata görə, mərasimi millət vəkili Qənirə Paşayeva açaraq Yunus Oğuzun tarixə aid həsr olunmuş kitab yazmasını yüksək dəyərləndirib. Bildirib ki, Azərbaycan tarixinə aid kitab yazılması gənclərin tarixi daha dərindən mənimsəmələrinə yardım edəcək: "Ənənəsinə sadiq qalan Yunus Oğuz pyeslərində də tarixə və tarixi şəxsiyyətlərin həyatına işıq salır. Pyeslərindən "Attila" Azərbaycan və rus dillərində çap olunub. "Nadir şah" isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub və bütün tamaşalar anşlaqla keçib".

Təqdimat mərasimində xalq şairi Zəlimxan Yaqub, millət vəkili, professor Musa Qasımlı, türkoloq, professor Firudin Cəlilov, Teleradio Akademiyasının rektoru Etibar Babayev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, yazıçı Elçin Hüseynbəyli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək müəllifə təbriklərini ünvanlayıblar. Bildirilib ki, Yunus Oğuzun kitablarını böyük hadisədir və müəllif tarixi faktlara söykənərək möhtəşəm bir əsərlər yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə