Şəmkir rayonundan bir qrup mədəniyyət işçisi və yerli icra strukturlarının nümayədələri iyulun 2-dən 11-dək Litvanın Şaulyay şəhərində səfərdə olublar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəmkirli nümayəndələr şəhərin gəzməli, görməli və tarixi yerləri ilə tanış olmaqla yanaşı müxtəlif müsabiqə və yarışlarda iştirak ediblər. "Göllərin səpələnməsi" festivalına və "Günəşin çiçəyi" yarışına qatılaraq müvafiq olaraq 1 və 3-cü yerlərə layıq görülüblər. Şəmkir Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin nümayəndə heyəti ilə görüşündə səfərlə bağlı təəssüratlardan danışılıb, mədəniyyət işçilərinin Şaulyayda 12 konsert proqramı ilə çıxış etdiyi bildirilib.
Xatırladaq ki, ötən ilin oktaybrda qardaşlaşan Şəmkirlə Şaulyay arasında razılığa əsasən ildə bir dəfə tərəflər şəhərlərə səfər etməlidir.
İlham Məmmədzadə
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB