Əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və mədəniyyət sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi üçün Nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev 2015-ci il 19-25 iyul tarixlərində M.Lomonosov adına Moskva Dövlət Universitetində təşkil olunan "Mədəniyyət sahəsində idarəetmə və siyasət" adlı kurslarda iştirak etmək məqsədilə Moskva şəhərinə ezam olunacaqlar. SİA-nın məlumatına görə, kurslar çərçivəsində Nazirliyin əməkdaşları üçün nəzəri mühazirələr ilə yanaşı bir sıra mədəniyyət müəssisələrin rəhbərləri ilə rəsmi görüşlərin təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən təcrübə və M.Lomonosov adına Moskva Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələri 2013-cü ildən etibarən davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB