"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin hesabat iclası olub
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2015-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İdarədən SİA-ya verilən məlumata görə, qurumun rəisi Samir Nuriyev ilk növbədə "Bakı-2015" birinci Avropa Oyunlarının nəticələrindən danışaraq, paytaxtımızda yüksək səviyyədə keçirilmiş bu möhtəşəm və əhəmiyyətli beynəlxalq tədbirin ümumiyyətlə, ölkəmizin və o cümlədən milli mədəniyyətimizin, milli mədəni irsimizin dünyada təbliği baxımından olduqca böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Oyunların uğurla başa çatmasının bu idman yarışına Azərbaycanın ev sahibi kimi ciddi hazırlıqları və ölkə rəhbərliyinin daimi diqqəti və qayğısı nəticəsində mümkün olduğu xüsusi vurğulayıb.
Sonra idarə rəisi 2015-ci ilin birinci yarımilliyi ərzində, o cümlədən, "Bakı 2015" birinci Avropa Oyunlarına hazırlıq müddətində və Oyunlar zamanı İçərişəhərdə həyata keçirilmiş işlərdən söhbət açıb. Bildirilib ki, idarənin əsas fəaliyyət istiqamətlərindən biri məhz turizm infrastrukturunun təkmilləşdirilməsi, habelə "İçərişəhər" və "Qala" qoruqlarının tarixi-memarlıq görkəminin qorunması və beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunmasıdır. Bu isə milli-mədəni irsimizin, tarixi dəyərlərimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.
İclasda daha sonra İdarənin bir sıra rəhbər şəxslərinin hesabat məruzələri dinlənilib. Çıxışlarda müvafiq sahələr üzrə 2015-ci ilin birinci yarımilliyində görülmüş işlərdən danışılıb.
Sonda "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 2015-ci ilin 2-ci yarımilliyi, habelə növbəti illər üçün əsas məqsəd və vəzifələri, qarşıda duran hədəfləri, qurumun əsas prioritetləri kimi qalmaqda olan dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiya işləri barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB