Abidə mühafizəçiləri üçün səyyar treninq FOTOLAR

Abidə mühafizəçiləri üçün səyyar treninq FOTOLAR

Nazirliyin müvafiq Kollegiya Qərarlarının icrasını təmin etmək, habelə müxtəlif profilli mədəniyyət müəssisələrində çalışan əməkdaşlarının peşə səriştələrinin artırılması məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən mütəmadi olaraq respublikamızın rayonlarında qısamüddətli tətbiqi xarakterli seminarlar təşkil olunur.

Abidə mühafizəçiləri üçün nəzərdə tutulmuş növbəti təlim Lənkəran şəhərində təşkil olunacaqdır. Sözügedən tədbirdə eyni zamanda Astara, Lerik, Masallı və Yardımlı rayonlarının mədəniyyət işçiləri də iştirak edirlər.

Belə ki, Lənkəran rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təlimlərin açılışı zamanı çıxış edən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru abidə mühafizəçiləri Nazirliyin müvafiq Kollegiya Qərarı ilə tanış edərək qarşıda duran vəzifələr və treninqlərin ümumi məzmunu haqqında dinləyicilərə məlumat verib.

"Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri" adlanan treninqlərin səmərəliliyini təmin etmək üçün dinləyicilərə mərkəzin əməkdaşları ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq mütəxəssisləri tərəfindən də mühazirələr aparılacaqdır. Bildirməliyik ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin AMEA-nın aidiyyəti institutları ilə əməkdaşlığı daimi xarakter daşıyır və bununla da Nazirlik mədəniyyət siyasətinin reallaşmasında elmin və elmi metodların iştirakını təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə