Qusarda “Azərbaycan multikulturalizmi” FOTOLAR

Qusarda “Azərbaycan multikulturalizmi” FOTOLAR

Qusarda yerli gənclər və dini icma rəhbərləri üçün "Azərbaycan multikulturalizmi" mövzusunda mühazirə keçirilib. SİA-nın məlumatına görə, mühazirəçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə olub. Gənclər evində keçirilən bu tədbirdə iştirakçıların diqqətini multikulturalizm anlayışının mahiyyəti, bu sahədə Azərbaycan dövlətinin yürütdüyü siyasət, həyata keçirdiyi tədbirlərə cəlb edən natiq multikulturalizm dəyərlərinin müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında da geniş məlumat verib. N.Qasımzadə eyni zamanda Azərbaycanın multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərindən söz açaraq dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb. Ətraflı və maraqlı çıxışına görə natiqə minnətdarlıq edən müsəlman icmasının liderləri gənclərimizin tərbiyəsində belə tədbirlərin mühüm rol oynaya biləcəyini xüsusi olaraq vurğulayıb və dini fikirdə radikallığa qarşı da, məhz bu qəbildən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıblar. Tədbirdə Qusar rayon icra hakimiyyəti və yerli media orqanlarının təmsilçiləri də iştirak edib.

Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi: səyyar dərslər" layihəsi çərçivəsində gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə