Əlillər Cəmiyyəti ADGTT-ya minnətdarlıq edib

Əlillər Cəmiyyəti ADGTT-ya minnətdarlıq edib

Daha bir teatr mövsümü yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 87-ci mövsümü yeni maraqlı tamaşaları, həyata keçirdiyi layihələri, Beynəlxalq qastrol və festivalları, rejissor və aktyor yaradıcılıq mübadilələri ilə yadda qaldı.

Kimsəsiz körpələri, şəhid, veteran, əlil ailələrindən olan sağlamlıq imkanları məhdud uşaqları bayram və şənliklərdə diqqətdən kənar qoymayan teatr bu mövsüm də ənənəsinə sadiq qalıb.

Azərbaycan Əlillər Cəmiyyəti Yasamal Rayon Təşkilatı, "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyi, "Ümid işığında" Əlil uşaqlara yardım İctimai Birliyi, Veteranlar Şurası və digər qurumların nümayəndələri teatrın daimi izləyiciləri kimi hər il təmənnasız olaraq tamaşalarımızda iştirak edirlər.

Azərbaycan Əlillər Cəmiyyəti Yasamal Rayon Təşkilatı və digər qurumlardan teatra daxil olan təşəkkür məktublarında mütəmadi olaraq əlilliyi olan şəxslərin asudə vaxtının təşkilinə dəstək olaraq mədəni kütləvi tədbirlərdə iştirakını təmin etdiyinə görə teatrın rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, teatr özünün yeni 88-ci mövsümündə də belə layihələrin həyata keçirilməsini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə