Ömər Şərif 83 yaşında vəfat edib

Məşhur Misir aktyoru Ömər Şərif 83 yaşında miokard infarktı xəstəliyindən vəfat edib. Euronews telekanalı xəbər verir ki, həyatının son illərində o, yaddaşın itməsi ilə müşayiət olunan altsqeymer xəstəliyindən əziyyət çəkirdi.

Ömər Şərif "Ərəbistanlı Lourens" (1962), "Həkim Jivaqo" (1965), "Məzəli qız" (1968) filmlərində çəkildiyi rollarına görə məşhurlaşıb.

"Şərif Əli" və "Yuri Jivaqo" rollarına görə "Qızıl qlobus" mükafatına layiq görülən aktyor 2003-cü ildə dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə Venesiya kinofestivalının "Qızıl şir" mükafatına da sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə