Ağsu rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində "nağıl otağı" yaradılıb. SİA-nın məlumatına görə, burada ənənəvi uşaq ədəbiyyatı ilə yanaşı, elektron nəşrlər, "danışan kitablar", müxtəlif nağıl qəhrəmanlarını əks etdirən oyuncaqlar nümayiş etdirilir. Uşaqların müxtəlif internet oyunları ilə məşğul olması üçün də şərait yaradılıb.
Bundan başqa, "Sehrli dünya" və "Göy qurşağı" kimi uşaq jurnallarından bağça müəllimələri və kitabxanaçıların köməyi ilə ucadan oxular keçirilir. "Nağıl otağı"nda gələcəkdə intellektual oyunların, bilik yarışmalarının keçirilməsi də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB