Filmin təqdimatı olacaq

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadəyə həsr olunan sənədli televiziya filmi çəkilib. SİA-nın məlumatına görə, "Bəstəkar Firəngiz Əlizadə" adlı ekran əsərində xalq artistinin həyat və yaradıcılığından bəhs edilib, onun Avropa səhnəsində uğurla ifa olunan əsərlərindən söhbət açılıb. Filmdə dünyanın məşhur musiqiçilərinin F. Əlizadə haqqında fikirlərinə də yer verilib.

Qeyd edək ki, yaxın zamanda təqdimat mərasiminin keçirilməsi planlaşdırılan filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Cahangir Zeynallı, operatoru Zahid Bağırovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə