Azərbaycan Respublikasının Meksikadakı və eyni zamanda Kolumbiyada akkreditə olunmuş Səfirliyinin məlumatına əsasən, Kolumbiyadakı diplomatik nümayəndəliyin inzibati binasında kolumbiyalı rəssam Karlos Villabonun Azərbaycan və Kolumbiya uşaqlarına həsr olunmuş "Meyvələr" adlı rəsm əsərlərinin sərgisi təşkil edilib. SİA-nın məlumatına görə, sərgidə, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və görməli yerlərinin özündə əks etdirən fotoşəkillər də nümayiş etdirilib.
Məlumata görə, Karlos Villabon Kolumbiyanın gənc və istedadlı rəssamlarındandır və onun nümayəndəliyimizlə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Həmçinin, rəssam K.Villabon ölkəmizin Kolumbiyada təbliği sahəsində əməli fəaliyyət göstərir.
Sərgidə Kolumbiya senatının vitse-prezidenti Teresita Qarsia Romero, senatın üzvləri, xarici işlər, təhsil nazirliklərinin, habelə elm mərkəzlərinin, incəsənət və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak edib.
Qeyd edək ki, tədbir yerli telekanallar vasitəsilə işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB