"Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz"

"Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz"

İyulun 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 2 iyun tarixli Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə reallaşacaq. Konfransda Azərbaycan milli mətbuatının 140 ildə keçdiyi yola nəzər salınacaq, müasir dövrdəki inkişaf perspektivləri təhlil olunacaq, mövzu ətrafında müzakirələr aparılacaq. Toplantıda KİV rəhbərlərinin, dövlət rəsmilərinin, elm xadimlərinin, ictimai təşkilatların təmsilçilərinin, ziyalıların iştirakı nəzərdə tutulur.

Konfransda, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusundakı müsabiqəsinin qalibləri də mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə