Maarifpərvər şairin yubileyi keçiriləcək

Maarifpərvər şairin yubileyi keçiriləcək

İyulun 16-da Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli şair və tanınmış maarifçi Seyid Əzim Şirvaninin 180 illik yubileyinə həsr olunmuş "Maarifpərvər şair Seyid Əzim Şirvani" mövzusunda "dəyirmi masa" keçiriləcək. SİA-nın məlumatına görə, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin iştirakı ilə keçəcək tədbirdə Mərkəzi Kitabxananın fəalları şairin sözləri əsasında ədəbi-bədii kompozisiya təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə