UNESCO Dünya irsi obyektlərinin siyahısını genişləndirib. İyulun 5-də təşkilatın Dünya İrsi Komitəsi Bonnda keçirilən görüş zamanı müvafiq qərar qəbul edib. Siyahıya Şpayxerştadt anbar kompleksi və Hamburqdakı Kontorhausfirtel kontor məhəlləsi, Sinqapur Botanika bağı, Fransanın Şampan və Burqundiya regionları, İranın Suzı və Meymand şəhərləri, Danimarkada parfors ovu yerləri və ölkənin cənubunda Kristiansfell qəsəbəsi daxil edilib. Təşkilat həmçinin Çinin Tusı hökmdarlarının memarlıq kompleksini, Cənubi Koreyada Pekçe sülaləsi kompleksini, Monqolustanda Burxan-Xaldun dağını və Türkiyədəki Diyarbəkir qalasını da bu siyahıya daxil edib.
Gələcəkdə Saksoniya-Anxaltdakı Naumburq kilsəsi də UNESCO-nun Dünya irsi obyekti statusunu əldə edə bilər. Komitə onun müraciətini tamamlanması üçün geri qaytarıb.
Ümumiyyətlə, UNESCO-nun "Dünya mədəni və təbii irsi siyahısı"nda 1000-dən çox obyekt var. Onlardan 40-ı Almaniyada yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB