Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın gənc yazarı Pərvin Nurəliyevanın "Qar yağacaq" adlı hekayələr kitabı Özbək dilinə tərcümə edilərək nəşr olunub. SİA-nın məlumatına görə, kitabın tərcüməçisi tanınmış alim Babaxan Məhəmməd Şərifdir və kitab Daşkənddəki "Extremum Press" nəşriyyatında çap olunub. Kitaba yazılmış ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır.
P. Nurəliyevanın "Qar yağacaq" adlı hekayələr kitabında "Şirinlik", "Sevimli... nəfis... mən...", "Fiona", "Samir üçün" və s. hekayələr, habelə "Balerina" kinohissə yer alıb.
Kitabın sonunda alim, tərcüməçi Babaxan Şərif "Pərvin - Azərbaycan ədəbiyyatının ümidi" adlı məqaləsi verilib. O, Sovet dövrü Azərbaycan ədəbiyyatına nəzər salır, gənc yazarlar arasında XXI əsrin yeni istedadlı nəslinin yetişdiyini qeyd edir.
Qeyd edək ki, cari ilin payız aylarında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı və özbək yazarların, ədəbiyyat xadimlərinin iştirakı ilə kitabın geniş təqdimat mərasimi keçiriləcək. Azərbaycan ədəbiyyatının bir sıra tanınmış klassiklərinin, yazıçılarının əsərlərinin özbək dilinə tərcümə layihələri davam etdirilir və yaxın günlərdə bu sahədə yeni nəşrlər işıq üzü görəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB