"Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq

"Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq

İyulun 15-də "Kiçik QalArt" qalereyasında birinci Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq. SİA-nın məlumatına görə, sərgi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") və birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Azərbaycan Coca-Cola Bottlers" şirkətinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək.

Oyunlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları əks etdirən fotoların nümayiş olunacağı sərgi iyulun 22-dək davam edəcək.

Qeyd edək ki, tədbirdə 16-30 iyun tarixlərində keçirilmiş fotomüsabiqənin qalibləri mükafat və diplomlarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə