Milli kinomatoqrafiyaya dəstək aksiyasına start verildi FOTOLAR

Milli kinomatoqrafiyaya dəstək aksiyasına start verildi FOTOLAR

Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Elçin Musaoğlunun "Nabat" filminin nümayişi və rəssam Səyyar Əliyevin rəsm sərgisi keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd gənclərə milli kinomatoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağının daha da artırılmasıdır.

Aksiyanın sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Həmçinin, "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə