AKB-su mətbuat konfransı keçirib

Bu gün Azərbaycan Konqreslər Bürosunun mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi media nümayəndələrini büronun fəaliyyəti ilə yaxından tanış etmək, qurum ilə Görüşlər Sənayesinin əməkdaşlığının mahiyyəti və nəticələri barədə məlumatlandırmaq və ümumilikdə büronun fəaliyyətlərinin ölkəmiz üçün nə kimi rol oynadığını anlatmaqdır.

Mətbuat konfransında Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqstşmid qurumun fəaliyyəti və məqsədi barədə məlumat verib. Bildirib ki, 2013-cü ilin sonlarında Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir. Vurğulayıb ki, büronun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı yaratmaq və inkişaf etdirməkdir.

Tədbirdə büronun satış və marketinq menecerləri Anar Nərimanov və Ayan Zeynalova təqdimatla çıxış ediblər. Bildirilib ki, büro ölkənin təhsil institutları ilə sıx əməkdaşlığın qurulması istiqamətində işlər görülür. Belə ki, büro ölkənin ali təhsil müəssisələrini bir araya toplayaraq Azərbaycanı beynəlxalq aləmdə daha da tanıtmaq yolları barədə müzakirələr aparılıb. Əsas məqsədlərdən biri Azərbaycana iri miqyaslı tədbirlərin cəlb olunması olan Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinin ən görkəmli tərəflərin biri də nüfuzlu beynəlxalq assosiasiyaların növbəti tədbirlərini Azərbaycanda keçirməyə qərar vermələri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə