Dahi bəstəkar Üzeyir Hacıbəylinin dövlət səviyyəsində qeyd olunacaq 130 illik yubiley tədbirləri çərçivəsində sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçiriləcək. Bəstəkarlar İttifaqından SİA-ya verilən məlumata görə, tədbirdə dahi sənətkarın yaradıcılığı və musiqi nəzəriyyəsinin elmi çalarları çərçivəsində məruzələr dinləniləcək. Bundan əlavə Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəylinin yubileyi ərəfəsində bir sıra tədbirlərin keçirilməsinə təşkilatçılıq edəcək. Bu məqsədlə sentyabrın 25-də dahi sənətkarın xatirəsinə həsr olunmuş musiqi əsərlərindən ibarət kamera konserti təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB