28 iyun - 8 iyul tarixlərində Almaniyanın Bonn şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası keçirilir. SİA-nın məlumatına görə, sessiyada iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edir.
Səfər çərçivəsində V.Eyvazzadə YUNESKO-nun Baş direktorunun müavini Nada al Naşif ilə görüş keçirib. Görüşdə 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, növbəti il Bakıda keçiriləcək UNAOC Forum, Dünya Sülh və Mədəniyyətlərarası Dialoq Mərkəzinin yaradılması, təşkilatın bu istiqamətdə layihələri müzakirə edilib. Xanım Naşif Forumun yüksək səviyyədə təşkilinə dair ölkə rəhbərliyinə və Nazirliyə öz təşəkkürünü bildirdi və Bakı prosesinin davamlılığı üçün YUNESKO-nun lazımi dəstək göstərəcəyini bildirdi. Azərbaycan tərəfindən bildirildi ki, ölkəmiz dünyada sülh və mədəniyyətlərin dialoqu üçün öz töhfələrini davam etdirəcək. Görüşdə ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB