QHT nümayəndələri üçün info-tur keçiriləcək

QHT nümayəndələri üçün info-tur keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Quba-Qusar bölgəsinin mədəniyyət və turizm müəssisələrinə info-tur təşkil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, info-turun təşkilində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələrini mədəniyyət və turizm müəssisələri ilə tanış etmək, onlarda milli mədəniyyətimizin inkişafına və təbliğinə xidmət edəcək maarifləndirici və kreativ ideyaların formalaşmasına yardım etməkdir.

İnfo-tur çərçivəsində Quba şəhərində Səkinəxanım məscidi (XIX əsr), Quba Soyqırımı Memorial Kompleksi və Fətəli xan qəsəbəsinə (Qırmızı qəsəbə), Qusar rayonunda Şahdağ Turizm Kompleksinə ekskursiyalar nəzərdə tutulub.

İnfo-turda iştirak etmək istəyən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin 15 iyul 2015-ci il tarixinədək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunda qeydiyyatdan keçmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə