İntihar edən yazarlar FOTOLAR

Əsərləri ilə dünyanın müxtəlif yerlərində oxucu kütləsi qazanan bir çox məşhur yazıçılar həyatlarına özləri son qoyublar. SİA həmin şəxsləri sizlərə təqdim edir:

1. Metin Koçan- 1996-cı ildə bir təcavüz hadisəsi səbəbi ilə həbs olunan və hökm oxunan Kaçan, cəmiyyətdən uzaqlaşmağa başladı və yazıçılıq macərasına son qoydu. 6 yanvar 2013-cü ildə Boğaziçi körpüsündən özünü ataraq intihar edib. Yazıçının cəsədi 16 gün sonra Beylikdüzü sahilində tapılıb.

2. Virgina Woolf- İngilis ədəbiyyatının ən vacib adları sırasındandır. Məhsuldar və yenilikçi bir yazar olaraq "Mrs. Dalloway", "Dəniz Fənəri", "Orlando", "Jacobun Palatası", "Dalğalar" romanlarının da olduğu çox sayda işə imza atıb. Voolf II Dünya Müharibəsinin yaratdığı əzab və qıtlıq səbəbi ilə psixoloji problemləri ortaya çıxdı və 28 mart 1941-ci ildə ciblərinə daş dolduraraq özünü Ouse Çayına ataraq intihar edib. Həyat yoldaşı Leonard Woolfa buraxdığı intihar məktubunda psixoloji vəziyyətini bu şəkildə təsvir etdi: "Sevgilim, yenə dəli olmaq üzrə olduğumu, o qorxunc günləri yenidən yaşaya bilməyəcəyimi hiss edirəm. Mən bu dəfə sağalmayacağam. Səslər eşitməyə başladım. Özümü ələ ala bilmirəm. Buna görə ediləcək ən yaxşı şey ölümdür".

3. Qadınlarla olan problemli əlaqəsi və ölüm qorxusu ilə tanınan Pavese, yazıçılıq macərası boyunca şeir və romanla yanaşı, Amerika ədəbiyyatını italyan dilinə tərcümə də edib. Mussolini iqtidarına qarşı yazıları səbəbi ilə həbs olunan Pavese, 1950-ci ildə gündəliyinə "Artıq səhəri da bağlayır acı" deyə yazıb. Beləliklə, Torinodakı bir otel otağında çox sayda yuxu həbi içərək həyatına son verib.

4. Yesenin Mayakovskinin izindən gedərək 1917-ci il Oktyabr inqilabının müdafiəçiləri arasında yer alıb. İnqilabdan sonra rejimə aid tənqidləri səbəbi ilə senzuraya uğradı. İçki aludəçisi olması və qadınlarla olan problemli əlaqəsi səbəbi ilə psixoloji müalicə almaq üçün bir aylığına Ruhi Əsəb xəstəxanasında qalıb. Milad üçün xəstəxanadan çıxarılan Yesenin, 27 dekabr 1925-ci ildə Moskvadakı otellərdən birinin otağında özünü asaraq intihar edib. Cəsədinin yanında, intiharından bir gün əvvəl biləklərini kəsib öz qanı ilə Mayakovskiyə "Əlvida dostum əlvida" deyə səsləndiyi vida şeiri tapıldı.

5. 1917-ci il Oktyabr İnqilabının şairi olaraq tanınan Mayakovski, Rus İnqilabının sənət sahəsindəki əks olunması olan "futurizm cərəyanı" nın prioritetlərindən biri olub. Nazim Hikmətin şeirinə də əhəmiyyətli izlər buraxan Mayokovski, insanların inqilab idealları qarşısındakı güvənsizliyi və ümidsiz eşqləri səbəbi ilə 14 Aprel 1930-cu ildə Moskvada intihar etdi. Ölümündən sonra pencəyinin cibindən çıxan son məktubda bunları yazmışdı: "Hamınıza! ... Baxın, ölürəm. Buna görə heç kimi günahlandırmayın. Unutmayın ki, mərhum dedi-qodudan nifrət edərdi. Anam, qardaşlarım, yoldaşlarım! Bağışlayın məni. İş deyil bu, bilirəm (heç kimə də məsləhət görmürəm), amma mənim üçün başqa bir yol qalmamışdı".

6. İran ədəbiyyatının tanınmış yazarı Sadiq Hidayət qısa hekayələri ilə tanınır. Yazıçılıq müddətində istər şah rəhbərliyi, istərsə də şiə alimləri tərəfindən sevilmirdi. Hidayətin əsərlərində melanxoliya, ümidsizlik və mistisizm hakim idi. Yazar, 23 il əvvəl ilk intihar sınağını həyata keçirdiyi Parisdə, 9 aprel 1951-ci ildə yaşadığı mənzildə dəm qazını açaraq, həyatına son qoydu.

7. Stefan Zweig istər Yəhudi şəxsiyyəti, istərsə də düşüncələri ilə 1930-cu illərin ikinci yarısından etibarən Nazı rejiminin hədəflərindən biri oldu. II Dünya Müharibəsi əsnasında konfrans təşkil etmək üçün getdiyi Braziliyaya yerləşən Zweig; Virginia Woolf, Walter Benjamin kimi II Dünya Müharibəsinin yaratdığı ümidsizlik mühitindən təsirlənərək 22 Fevral 1942 Rio-de-Janeyroda, arvadı Lotte ilə birlikdə intihar edərək dünyasını dəyişdi.

8. Yukio Mishima "Dənizi İtirən dənizçi", "Dalğaların səsi" kimi əsərləri ilə dünya səviyyəsində məşhurlaşıb. Samuray mənşəlli ailəsinin müasir həyat tərzindən çox təsirləndi. Yazar, teatr oyunundan romana çox fərqli sahələrdə əsərlər yazırdı. Kalkan Təşkilatı (Tatenokai) adlı bir milliyyətçi təşkilatın liderliyini etdi. Mishima, 25 noyabr 1970-ci ildə dörd Kalkan Təşkilatı üzvü ilə birlikdə Yapon Ordusuna aid Tokiodakı Ichigaya düşərgəsini ziyarət edib. Komandiri girov aldıqdan sonra imperatorluğun hüquqlarının yenidən təsis edilməsi üçün hazırladıqları tələblərini oxuduqdan sonra seppuku (ənənəvi Yapon intihar forması) edərək intihar etdi.

9. Yəhudi əsilli İtalyan yazar Primo Levinin əsərləri II Dünya Müharibəsi zamanı anti-faşist mübarizəyə qatılıb. Daha sonra əsir düşüb və Auschwitz Toplama düşərgəsində yaşadığı məhbusluq günlərinin izlərini daşıyıb. Yazarın ən əhəmiyyətli kitabı olan "Bunlar da mı insan?" Da Levi, Auschwitzte yaşadıqlarını və "evə dönüş" hekayəsini izah edir. Döyüşdə yaşadıqlarından sonra Allaha inamını itirdiyini ifadə edən Levi, 11 aprel 1987-ci ildə 68 yaşında evinin pilləkən boşluğuna özünü ataraq intihar edib.

10. 22 illik qısa həyatında çox güclü şeirlərə imza atan Kaan İncə, 11 avqust 1992 tarixində, saat 05:00-da Kadıköydə qaldığı otel otağından özünü ataraq həyatına son verdi. Ölümündən sonra dostları tərəfindən xatirəsini yaşatmaq üçün Nəşriyyat quruldu.

11. Əsgərliyini yarıda buraxan Bəşir Fuad Osmanlı düşüncə dünyasının əhəmiyyətli simalarından biridir. Namiq Kamal kimi dövrünün əhəmiyyətli insanları ilə sərt müzakirələrə girən Fuadın, Osmanlıda pozivitizm və materializmin tanıdılmasına əhəmiyyətli rolu olub. Əsəb xəstəliklərindən əziyyət çəkən anasının taleyini yaşamaq istəməyən Fuad, biləklərini kəsərək, intihar etməklə yanaşı, ölümü əsnasında hiss etdiklərini yazıya töküb.

11. Walter Benjamin XX əsrin ən əhəmiyyətli insanlarından olan Frankfurt Məktəbinin nümayəndələri arasında yer alıb. Marksist mədəniyyət anlayışı ilə yanaşı, Yəhudi mənşəlli Nazi Rejiminin hədəfi olub. Nasistlər tərəfindən Parisə sürgün edilən Benjamin, almanların Fransanı işğal etməsindən sonra 1940-cı ildə İspaniyanın Fransa sərhədindəki Portbou şəhərinə qaçıb, burada polis tərəfindən Gestapoya təslim ediləcəyini öyrənəndə həddindən artıq morfin alaraq həyatına son qoyub.

12. Şairə Nilgün Marmara ölümündən sonra dostları tərəfindən yayımlanan Daktiloya çəkilmiş şeirlər kitabı ilə tanınıb. Nilgün Marmara 29 yaşında intihar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə