Rus Dram Teatrında mövsümün son tamaşası

Rus Dram Teatrında mövsümün son tamaşası

Bu gün Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı "Məhəbbət üçbucağı" tamaşası ilə 94-cü mövsümə yekun vuracaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafiya işi Raul Turkanındır. Komediya janrında olan tamaşada Xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Natalya Şarovskaya, Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov və Rüstəm Kərimov çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə