Bakı Uşaq Teatrı Türkiyəyə qastrol səfərinə gedir

Bakı Uşaq Teatrı Türkiyəyə qastrol səfərinə gedir

Bakı Uşaq Teatrının kollektivi Türkiyə Cümhuriyyətində Ramazan bayramı ilə əlaqədar keçiriləcək festivalda iştirak etmək üçün qastrol səfərinə yola düşüb. SİA-nın məlumatına görə, səfər Türkiyənin Mərzifon Şəhər Bələdiyyəsinin dəvəti əsasındadır. İntiqam Soltanın rəhbərliyi ilə aktyorlardan Tofiq İsgəndərli, Rauf Hüseynov, Vüsalə Bəşirova, Şahin Kazımov, Rəfael Muradxanlı, Günay Pirizadə hazırda qastrol səfərindədirlər.

Qeyd edək ki, teatrın direktoru – bədii rəhbəri, yaradıcısı, rejissor, aktyor İntiqam Soltan baba olub və körpəyə Nuh adı qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə