285 turizm şirkəti lisenziyalaşıb

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyun ayı ərzində aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib:

1. "Luxe Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 59, mənzil 76; 01.06.2015-ci il tarixli, qeydiyyat nömrəsi 483, seriya №-si 083955);
2. "Kroun LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 7; 01.06.2015-ci il tarixli, qeydiyyat nömrəsi 484, seriya №-si 083956);
3. "Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 25A, mənzil 105; 16.06.2015-ci il tarixli, qeydiyyat nömrəsi 485, seriya №-si 083957 );
4. "Sky Star Travel Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466; 24.06.2015-ci il tarixli, qeydiyyat nömrəsi 486, seriya №-si 083958).

Qeyd edək ki, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə