"Traviata"

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mövsümün son səhnə əsəri - italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operası nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Traviata" teatrın repertuarındakı ən populyar və sevilən tamaşalardandır. Dahi bəstəkarın fransız yazıçısı Aleksandr (oğul) Dümanın "Kameliyalı qadın" romanı əsasında yazdığı operanın ruhu təzələyən musiqisi hər bir dinləyicinin qəlbinə yol tapır.

Qeyd edək ki, tamaşaya Xalq artisti Cənnət Səlimova quruluş verib, səhnə tərtibatçısı Xalq rəssam Tahir Tahirovdur. Operada partiyaları teatrın aparıcı aktyorları oynayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə