Nazirliyin təşəbbüsü ilə səyyar kurslar təşkil edilib

Nazirliyin təşəbbüsü ilə səyyar kurslar təşkil edilib

Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin dəstəklənməsi və onlarda peşə səriştəsinin artırılması kimi məsələlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindəndir. SİA-nın məlumatına görə, bu məqsədlə Nazirlik tərəfindən mütəmadi olaraq müxtəlif layihələr həyata keçirilir. Belə ki, Nazirliyin müvafiq Kollegiya Qərarlarının icrası məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin iyun-iyul aylarında 16 rayondan olan mədəniyyət işçisinin iştirakı nəzərdə tutulmuş növbəti səyyar kursları həyata keçirilir.

Sözügedən kurslar ilk olaraq Gəncə şəhərində başlanıb. Gəncə şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri S.Hacıyevin iştirakı ilə keçirilmiş açılış mərasimində 50 nəfərdən artıq mədəniyyət işçisi iştirak edib. Açılış mərasimində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov kursların məqsədi, mühazırələr, müəllimlər və mövzular barəsində dinləyicilərə məlumat vermiş və sahənin qarşısında duran məqsədlərə uğurla nail olunmasında əməkdaşların hazırlıq səviyyəsinin vacibliyini xüsusi olaraq vurğulayıb.

Qeyd edək ki, kurslarda cəmi 16 rayonun, o cümlədən Gəncə, Qəbələ, Lənkəran, Samux, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Ağdaş, Göyçay, İsmayıllı, Ağsu, Lerik, Masallı, Yardımlı və Astara rayonlarının mədəniyyət işçisinin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə