Azərbaycan və Türkiyə bəstəkarları yeni layihə təqdim edəcəklər

Azərbaycan və Türkiyə bəstəkarları yeni layihə təqdim edəcəklər

"Yaxın günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyətinin ortaq layihəsi musiqi ictimaiyyətinə təqdim ediləcək". SİA-nın məlumatına görə, bu sözləri Şəki "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalının açılışı mərasimi ilə əlaqədar mətbuat konfransında Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə söyləyib. Bildirib ki, layihədə hər iki tərəfdən 6 bəstəkar və 6 şair iştirak edəcək: "Baş tutacaq möhtəşəm musiqi layihəsində Azərbaycanın 6 bəstəkarı Türkiyənin seçilən 6 şairinin şeirlərinə, eyni zamanda türk bəstəkarları da Azərbaycanın 6 şairinin şeirlərinə musiqi bəstələyəcək. Daha sonra təqdimatı hər iki ölkədə keçiriləcək. Layihədə iştirak edəcək şair və bəstəkarların adları hələlik dəqiq deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə