"Hamlet" nümayiş olunacaq

Dünya şöhrətli dramaturq Uilyam Şeksprin "Hamlet" əsəri səhnəsində nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, xalq artisti Bəxtiyar Xanızadədir.

Səhnə əsərində Hamlet rolunu əməkdar artist Azər Axşam, digər rolları isə aktyorlar Bəhruz Əhmədli, Elman Rəfiyev, Solmaz Bədəlova və Əli Əlizadə oynayacaqlar.

Qeyd edək ki, tamaşa iyulun10-da Dövlət Pantomim Teatrında nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə