2009-2014-cü illərdə Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qəbələdə altı Beynəlxalq Musiqi Festivalı keçirilib. SİA-nın məlumatına görə, bu festivallar ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Cari il 25-31 iyul tarixində Qəbələdə VII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılıb. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya simfonik Orkestri, "Moskva virtuozları" Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB