“Bakı-2015”də çıxış edən ulduzların təəssüratları FOTOLAR

“Bakı-2015”də çıxış edən ulduzların təəssüratları FOTOLAR

Birinci Avropa Oyunlarının bağlanış mərasimində çıxış edən dünya şöhrətli ulduzlar şəxsi "Twitter" hesablarında təəssüratlarını bölüşüblər. SİA-nın məlumatına görə, elektronik rəqslərin prodüseri DJ Gareth Emery şəxsi hesabında "Bağlanış mərasimində iştirak etməkdən şərəf duyuram. Mərasim o qədər möhtəşəmdir ki, burada iştirak etmək məni kifayət qədər həyəcanlandırır, Bakı və bağlanış mərasimi valehedicidir!" – deyə, yazıb.

Dünya şöhrətli müğənni Con Nyuman isə "Bu gün həyatımın ən böyük və önəmli tədbirində - Avropa Oyunlarının bağlanış mərasimində iştirak edirəm" tvitini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə