Mədəniyyət Mərkəzi konsert təqdim edib FOTOLAR

Mədəniyyət Mərkəzi konsert təqdim edib FOTOLAR

Nizami adına Mədəniyyət Mərkəzi Şağan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar konsert proqramı təqdim edib SİA-nın məlumatına görə, tədbiri Nizami adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri K. Süleymanova açaraq hamını bayram münasibətilə təbrik edib, Silahlı Qüvvələrin yaranma tarixi haqqında məlumat verib. Bildirib ki, ulu öndər H. Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmana əsasən 26 iyun-Azərbaycan Silahlı Qüvvələr günü elan edilib.

Tədbirdə Nizami adına Mədəniyyət Mərkəzinin "Mərdi - Məkan" ansamblı, müğənnilər- Dürdanə Əmrah, Elnur Qarabağlı, Xəyalə Əliyeva, "Bülbülcan" adına Şuşa Şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri- Günel Allahverdiyeva, Sərxan Əliyev, Fərid Hüseynov, Firənisə Novruzova çıxış ediblər.

Qeyd edək ki, sonda Müalicə Pansionatının şöbə müdiri Nərminə xanım burada müalicə alan əlillərə xoş istirahət bəxş etdiklərinə görə Nizami adına Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə